...

Şəhid övladı istədiyi özəl məktəbdə ödənişsiz oxumalıdır - Deputat

Cəmiyyət Materials 6 Mart 2024 11:03 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Şəhid övladı istənilən məktəbi seçə bilər. Şəhid övladlarının istəyidirsə, özəl orta məktəblər bu uşaqları ödənişsiz oxutmalıdır.

Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Etibar Əliyev deyib.

Deputat qeyd edib ki, bizdə bələdiyyələrin orta və ali məktəbləri yoxdur.

"25 ildir bələdiyyələr yaranıb, amma məktəbləri yoxdur", - deyə deputat əlavə edib.

Qeyd edək ki, hazırda qüvvədə olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir.

Xəbər lenti

Xəbər lenti