Bakı. Trend:
Biləsuvar rayonunun Səmədabad kəndində ferma ərazisində ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xəsarət alan yoxdur.
