Bakı. Trend:
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 29-cu Azərbaycan Çempionatının yarışlarına start verilib.
Trend xəbər verir ki, yarışlar 21-23 mart tarixlərində keçiriləcək.
Yarışlarda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Grasiya” İdman Klubu, Kür Olimpiya Tədris Idman Mərkəzi, Gəncə Olimpiya İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi və Sumqayıt Olimpiya İdman Kompleksinin yetirmələri iştirak edir.
Bədii gimnastika üzrə 29-cu Azərbaycan Çempionatında 2011-ci il təvəllüdlü yeniyetmələr, 2009-2010-ci il təvəllüdlü gənclər və 2008-ci il və daha böyük təvəllüdlü idmançılar fərdi proqramda qüvvələrini sınayacaqlar.
Gənclər arasında qrup hərəkətləri komandaları (2009-2011-ci il) 5 halqa və 5 cüt gürz (gənclər) proqramında proqramlarını nümayiş etdirəcəklər.
