...

Bu şəxslərin maaşı yeni qayda ilə hesablanacaq - Qanuna dəyişiklik

Cəmiyyət Materials 13 Dekabr 2024 11:06 (UTC +04:00)
Bu şəxslərin maaşı yeni qayda ilə hesablanacaq - Qanuna dəyişiklik
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Xarici ölkələrdəki ticarət nümayəndəliklərinin maaşı artıq “Diplomatik xidmət haqqında” Qanuna əsasən müəyyən ediləcək.

Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət qulluğu haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə dövlət məvacibi (əməkhaqqı), təminat və kompensasiyaların verilməsi “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.5-ci və 13.15-ci maddələrinə uyğun olaraq müəyyən edilir.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə dövlət məvacibi (əməkhaqqı), tibbi sığorta, nəqliyyat xərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı və bu Qanunda (“Dövlət qulluğu haqqında”) nəzərdə tutulmayan təminatların verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbər lenti

Xəbər lenti