...

Metro stansiyalarına tullantı atmağa görə cərimələr artdı

Cəmiyyət Materials 13 Dekabr 2024 16:34 (UTC +04:00)
Metro stansiyalarına tullantı atmağa görə cərimələr artdı
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Metro stansiyalarının vestibüllərinə, keçidlərinə və platformalarına, habelə eskalatora və vaqonların salonuna tullantı atmağa və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə cərimələr 15 manatdan 200 manata qaldırılıb.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Bundan əlavə, dəmir yoluna hər hansı əşya atmağa görə cərimə 30 manatdan 200 manata qədər artırılır.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti