Bakı. Trend:
Xaricdə təhsilinə möhlət verilənlərin 60 faizi Türkiyədə təhsil alırlar.
Trend xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev deyib.
O bildirib ki, xaricdə təhsilinə görə möhlət hüququ alanlar Rusiyada 11,8, Polşda 8, Ukraynada 6, ABŞ-də 1 faiz təşkil edir. Qalanları isə digər ölkələrin universitetlərində təhsil alanlardır.