...

Gəmilərdən tullantı və başqa predmetlər atmağa görə cərimənin məbləği 300 manat oldu

Cəmiyyət Materials 13 Dekabr 2024 16:45 (UTC +04:00)
Gəmilərdən tullantı və başqa predmetlər atmağa görə cərimənin məbləği 300 manat oldu
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Gəmilərdən tullantı və başqa predmetlər atmağa görə cərimənin məbləği 300 manat oldu.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, 308.2-ci maddənin dispozisiyasında “zibil” sözü “tullantı” sözü ilə, sanksiyasında isə “otuz” sözü “üç yüz” sözləri ilə əvəz edilir.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti