...

Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edib

Cəmiyyət Materials 31 Dekabr 2024 11:16 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, müraciətdə qeyd olunub:

Yeni il bayramı ilə əlaqədar insanların kütləvi şəkildə toplanması, xüsusən restoran və şənlik zallarında, evlərdə keçirilən mərasimlər və bayram simvolu olan küknar ağaclarının işıqlandırılması yanğın təhlükəsini artırır. Kiçik ehtiyatsızlıq və ya diqqətsizlik bayramın gözəl ab-havasını poza bilər və acı nəticələrə gətirib çıxara bilər.

Fövqəladə Hallar Nazirliyi, bu səbəbdən, əhaliyə müraciət edərək Yeni il bayramı ilə əlaqədar keçirilən mərasimlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Təhlükəsizliyə dair əsas tövsiyələr aşağıdakılardır:

Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacları yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalıdır.
İşıqlandırmada yalnız saz və standartlara uyğun elektrik qurğu və cihazlarından istifadə edilməli, bu qurğular nəzarətsiz qoyulmamalıdır.
Küknar ağacı tezalışan oyuncaqla bəzədilməməlidir.
Pirotexniki vasitələrdən istifadə olunmamalıdır.
Həmçinin, bayram şənliyinin təşkil ediləcəyi məkanlar müvafiq yanğın təhlükəsizliyi qaydalarına uyğun olmalıdır.

Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükə yaradır!

Təhlükə vəziyyətində dərhal 112-yə zəng edin!

Xəbər lenti

Xəbər lenti