Bakı. Trend:
130 il lazımdır ki, gender bərabərliyi nisbəti bərpa edilsin.
Trend xəbər verir ki, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunan konfransda çıxışı zamanı deyib.
O bildirib ki, dünyada ümumi işçi qüvvəsində xanımların iştirakçılığının göstəricisi 47 faizdir:
“Azərbaycanda bu göstərici 48 faizə bərabərdir. İslandiya 14 ildir, bu sıralamada ilk yerdədir. 500 min xanım dövlət sektorunda çalışır, özəl sektorda çalışan xanımların sayı isə təxminən 330 min nəfərə bərabərdir. Muzdlu işlərdə çalışam 830-850 min xanım var, bu, ümumi muzadla çalışanların 44 faizidir. Özünəməşxulluqda işləyənlərin 40 faizi xanımlardır, onların sayı 10 minə çatır. Peşə hazırlığı sahəsində fəaliyyət gösətərənlərin 60 faizi xanımlardır. Ölkədə işlə təmin olunan hər 3 məfərdən biri xanımdır”.
Anar Kərimov qeyd edib ki, son dövrdə gecə işində, ağır işlərdə, növbəli işlərdə xanımlar üçün daha yaxşı şəraitin yaradılması üçün tədbirlər görülür.