...

Azərbaycan Səhiyyə Nazirliyində İsveçrənin aparıcı əczaçılıq şirkətinin rəhbərliyi ilə görüş keçirilib

Cəmiyyət Materials 27 Fevral 2025 12:42 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyində İsveçrənin aparıcı əczaçılıq şirkətinin rəhbərliyi ilə görüş keçirilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Səhiyyə Nazirliyində İsveçrənin aparıcı əczaçılıq şirkəti olan “Novartis Pharma Services AG”nin Mərkəzi Avropa Regionunun (ECC) inkişaf etməkdə olan ölkələr üzrə prezidenti vəzifəsini müvəqqəti icra edən Almaz Miftaxovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Trend Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq üçün imkanların olduğunu qeyd edib. Əczaçılıq sənayesinin müasir səhiyyənin ən mühüm istiqamətlərindən biri olduğunu vurğulayan Teymur Musayev bu sahədə də əlaqələrin inkişafı üçün potensialın mövcudluğunu diqqətə çatdırıb.

Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Öz növbəsində Almaz Miftaxov şirkətin Azərbaycanın Səhiyyə Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti