Bakı. Trend:
Fevralın 27-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayının başlanması münasibətilə Qazılar Şurasının toplantısı keçirilib.
Trend xəbər verir ki, toplantıda çıxış edən QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının Naxçıvan və Xaçmaz bölgələri üzrə yeni qazılarının namizədliyini təqdim edib.
Orucov Əli Məhərrəm oğlu və Məmmədəliyev Vəli Tağıbəy oğlu səsverməyə çıxarılaraq qazı vəzifəsinə seçiliblər.
Daha sonra iclas yenilənmiş tərkibdə işini davam etdirib.