...

Audiovizual Şura iki universal platforma operatorunun lisenziyasını ləğv edib

Cəmiyyət Materials 27 Fevral 2025 23:33 (UTC +04:00)
Audiovizual Şura iki universal platforma operatorunun lisenziyasını ləğv edib

Bakı. Trend:

Fevralın 27-də Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, iclasda "Eurosel" MMC və "Sveet TV Group AZ" MMC-nin fəaliyyət göstərmədiklərinə görə onlara verilmiş universal platforma operatoru lisenziyalarının ləğv olunması ilə bağlı Audiovizual Şuraya müraciətlərinə baxılıb. Qəbul olunmuş qərarlara əsasən hər iki operatorun lisenziyası ləğv olunub.

Həmçinin iclasda "Aznet Technologies" QSC-nin özünün ikinci operator xidmətinə ("Araznet" xidmət adı ilə) universal platforma operatoru lisenziyasının verilməsi üçün Audiovizual Şuraya müraciətinə baxılıb. Müzakirələrdən sonra "Aznet Technologies" QSC-yə (xidmət adı "Araznet" olmaqla) universal platforma operatoru lisenziyasının verilməsi haqqında müvafiq qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti