Bakı. Trend:
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən
mərkəz istiqamətində;
2. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
3. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə
Qorqud" parkı istiqamətində;
4. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən
"Statistika" dairəsi istiqamətində;
5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən
Atatürk prospekti ilə kəsişməyə qədər;
6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov
küçəsi ilə kəsişməyə qədər;
8. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
9. Babək prospekti, mərkəz istiqamətində;
10. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
11. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti
istiqamətində;
12. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli
məktəb-lisey istiqamətində;
13. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə
qədər;
14. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
15. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası
istiqamətində;
16. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq
müşahidə olunur.
