...

Yararsız döyüş sursatları məhv ediləcək - MN

Cəmiyyət Materials 12 Noyabr 2025 14:09 (UTC +04:00)
Yararsız döyüş sursatları məhv ediləcək - MN
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, 12-14 noyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti