Bakı. Trend:
Türkiyədə baş vermiş yol qəzasında faciəvi şəkildə həlak olan tanınmış azərbaycanlı jurnalist və "Euronews" müxbiri Emin İbrahimovla vida mərasimi keçirilib.
Trend-in məlumatına görə, mərasim Təzə Pir məscidində baş tutub.
Mərasimdə jurnalistə ehtiram ifadə etmək üçün çoxsaylı media nümayəndələri, dostları, ictimai xadimlər və paytaxt sakinləri iştirak edib. Vida mərasimi böyük izdihamla müşayiət olunub.
Emin İbrahimov Azərbaycan jurnalistikasının ən görkəmli simalarından biri kimi tanınırdı. Onun reportajları, xüsusilə də 2020-ci il Vətən Müharibəsi dövründə hazırladığı materiallar peşəkarlığı, obyektivliyi və fədakarlığı ilə geniş rəğbət qazanmışdı.
Redaksiya Emin İbrahimovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
