Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Cəmiyyət Materials 24 May 2026 17:12 (UTC +04:00)
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidməti mayın 25-də Bakıda və Abşeron yarımadasında, 25-27-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən Trend-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Ağdam, Gədəbəy, Göygöl, Samux, Zərdab, Sabirabad, Göyçay, İmişli, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Saatlı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Mingəçevir, Bərdə, Tərtər, Yevlax, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Xəbər lenti

Xəbər lenti