...

AZƏRBAYCAN TƏHSİLƏ AYRILAN VƏSAİTİN HƏCMİNƏ GÖRƏ MDB ÖLKƏLƏRİ ARASINDA ORTA SƏVİYYƏDƏN AŞAĞIDA DURUR

Cəmiyyət Materials 1 İyul 2005 18:06 (UTC +04:00)

Azərbaycan təhsilə dövlət büdcəsindən ayrılan vəsaitin həcminə görə orta səviyyədən aşağı durur. Trend agentliyinin məlumatına görə, bu barədə Azərbaycanın təhsil naziri məlumat verib.

Nazirin sözlərinə görə, hökumət hər il bu sahədə vəsaitin həcmini artırır. Belə ki, 2003-cü ildə onun həcmi 7%, 2004-cü ildə 12%, 2005-ci ildə isə 28% təşkil edib. Nazir qeyd edib ki, lakin bu, MDB ölkələri arasında orta səviyyənin aşağı həddindən çıxmağa imkan vermir.

Ümumi həcmi 21 milyon dollar olan kredit razılaşmasının ikinci mərhələsinin reallaşdırılması barədə suala cavab verən nazir bildirib ki, Əli-Bayramlıda, Ucarda və İsmayıllı rayonlarında 59 məktəb pilot layihəsi üçün ayrılıb ki, bu məktəblərdə təhsilin keyfiyyətinin artırılması üçün tədbirlər həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti