...

"XƏZƏR" FUTBOL KLUBU BOLQARISTAN YIĞMASININ OYUNÇUSUNU ALMAQDAN VAZ KEÇİB

Cəmiyyət Materials 2 İyul 2005 12:06 (UTC +04:00)

Futbol üzrə Azərbaycan çempionatında gümüş medalın sahibi "Xəzər" klubu Bolqarıstan yığmasının oyunçusu Zdravko Lazarovu almaqdan imtina edib. Trend ə məlum olduğu kimi, əvvəl lənkəranlılar bu bolqarstanlı yarım müdafiəçisini almağı planlaşdırırdılar, lakin sonra komandanın məşqçisi Rasim Kara fikrini dəyişib.

"Xəzər"in skautları Türkiyə və Braziliyadan olan bir neçə oyunçunu nəzərdə tutaraq, onlarla danışıqlar aparmağı planlaşdırırlar.

Antalyada məşqlərdə olan kollektivin tərkibinə "Rostov" komandasını müdafiə edən yarım müdafiəçilər Stanislav Lebedintsev və Andrey Kozlov daxil olub. Onların gələcəyi yaxın vaxtlarda müəyyənləşəcək R.Kara bu oyunçuların potensialını qiymətləndirəcək.

Bu arada, "Genuya"nı "A" seriyasına çıxaran və hazırda İtaliya çempionatında çıxışını davam etdirmək istəyən serb Nikola Lazetçinin "Xəzər" komandasına keçməsi sual altındadır.

Xəbər lenti

Xəbər lenti