...

AVROPA KUBOKU UĞRUNDA "QALA" BASKETBOL KLUBUNUN RƏQİBİ PERMİN "URAL-QREYT" KLUBU OLUB.

Cəmiyyət Materials 4 İyul 2005 12:43 (UTC +04:00)

"Challenge Cup" oyunu üzrə "Qala" basketbol klubunun rəqibləri Münhendə başa çatan Avropa kuboklarında püşk atmanın nəticələri üzrə müəyyən edilib. Trend agentliyinin verdiyi məlumata görə, Rimas Kurtinaytisin oyunçularının oynadığı eyni yarımqrupda Permin "Ural-Qreyt" və Ukraynanın "Kimyaçı" klubları oynayacaq.

Məhz Rusiya klubu yarımqrupun favoriti hesab edilir və buna görə də növbəti turnirdə iştirak etmək hüququ verən iki yerdən birini qazanmaq azərbaycanlılar üçün bir o qədər də asan olmayacaq. Yarışın qaydalarına görə, turnir payızda başlayacaq.

Xatırladaq ki, "Qala" klubu üçün Avropa kubokunda hesabla üçüncü dəfə iştirak edəcək, komandanın ən yaxşı nailiyyəti isə iki il bundan qabaq "Challenge Cup" kubokunun final oyunlarının dörddə bir mərhələsinə çıxması olub.

Xəbər lenti

Xəbər lenti