...

"İNTER" UKRAYNADAN OLAN FUTBOLÇULAR HESABINA GÜCLƏNƏ BİLƏR

Cəmiyyət Materials 5 İyul 2005 12:26 (UTC +04:00)

Sezon ərəfəsində "İnter" futbol klubu ukraynalı legionerlərdən istifadə edə bilər. Trend in verdiyi məlumata əsasən, komandanın baş məşqçisi Anatoliy Konkov bir neçə yerli oyunçunu Kiyevdə məşqlərdə olan kluba baxış üçün dəvət edib.

Onların sırasında ötən mövsümdə "Krivbass"da çıxış edən müdafiəçi Sergey Zadorojnıy, yarım müdafiəçi Andrey Spivak və hücumçu Sergey Dronov var.

Ötən çempionatın gedişində "İnter" "Krivbass"ın daha bir nümayəndəsi Yekvgeniy Kotovun xidmətlərindən yararlanıb.

"Borisfen"in qapıçı Andrey Mixaylov klubun digər potensial üzvü ola bilər. Hazırda qapıçıların oyunu "İnter"in rəhbərini qane etmir.

Xəbər lenti

Xəbər lenti