...

FUTBOL ÜZRƏ ÖLKƏ ÇEMPİONATINDA "ŞAMKİR"İN İŞTİRAKI SUAL ALTINDADIR

Cəmiyyət Materials 6 İyul 2005 12:09 (UTC +04:00)

"Şəmkir" futbol klubunun Azərbaycanda keçiriləcək qarşıdakı çempionatda iştirakı sual altındadır. Trend in məlumatına görə, "Şampan zavodu"nun rəhbərliyi əvvəlcə komandaya yardım etməyi qərara alsa da, sonradan müəssisənin plannında dəyişiklik olub.

Dəfələrlə ölkə çempionu olmuş komanda artıq itkilər verir. Belə ki, komandanın əsas oyunçuları Xaliq Mərdənov və Vasif Vəliyev "Gəncə"yə keçərək komandanı tərk ediblər. Qoşqar Hüseynov və Rufat Mədətov isə "Cöyəzən"də çıxışlarını davam etdirirlər. "Şamkir" lə legionerlər Eskot Essanq və Cudi Aloçukvu da vidalaşaraq özlərinə yeni iş yeri axtarırlar.

Ötən mövsümdə kollektiv milli birincilikdə çox zəif iştirak etmişdi və buna görə də Avropa Kuboku mövsümü iştirakçılarının sırasına düşə bilməyib.

Xəbər lenti

Xəbər lenti