...

CUDOÇULAR AVROPA OLİMPİYA FESTİVALINDA HESABI MEDALLARLA AÇIB

Cəmiyyət Materials 6 İyul 2005 17:02 (UTC +04:00)

Azərbaycan cudoçuları İtaliyada (Linyano) gənclər arasında keçirilən Avropa Olimpiya festivalında ilk mükafatları qazanıblar. Trend agentliyi bildirir ki, 55 kq çəki dərəcəsində Teymur Bağırlı fərqlənərək fəxri kürsünün ən yüksək pilləsində qərar tutub.

Həmvətənimiz turnirdə Türkiyədən, Ukraynadan, Gürcüstandan və Rusiyadan olan rəqiblərinə qalib gəlib.

Eyni zamanda Samir Dadaşzadə (50 kq) bürünc medal qazanıb.O, üçüncü yer uğrunda Rusiyadan olan atlet üzərində üstünlüyə nail olub.

Bunlarla yanaşı, mükafatlar uğrunda digər azərbaycanlı cudoçularla birgə velosipedçilər, üzgüçülər, tennisçilər və atletika ustaları mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti