...

EKSPERTLƏR GİLOV ADASI RAYONUNDA EKSPEDİSİYA APARIRLAR

Cəmiyyət Materials 7 İyul 2005 14:28 (UTC +04:00)

AMEA-nın torpaq elmləri sektorunun mətbuat katibi Səid Qurbanovun Trend agentliyinə verdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası coğrafiya İnstitunun Xəzər dənizinin problemləri Mərkəzinin ekspertləri (AMEA) Fransanın kosmik tədqiqatlar mərkəzinin kosmik geofiziki okeanoqrafiya laboratoriyası ilə birlikdə Cilov adası rayonunda ekspedisiya aparır.

Onun sözlərinə görə, ekspedisiya "sputnik və rabitə üsulları ilə Xəzərin suyunun səviyyəsinin azalmasının tədqiq edilməsi" layihəsi çərçivəsində həyata keçirilir.

Fransa, Azərbaycan və Rusiyalı ekspertlərin iştirak etdikləri tədqiqat gəmidən və sputnikdən aparılacaq. Ekspedisiyanın iyulun 7-də başa çatacağı planlaşdırılır. Görülən işlərdən sonra alimlər məlumatları təhlil edəcəklər, tədqtqatın nəticələri cari ilin payızında elan olunacaq.

Xəbər lenti

Xəbər lenti