...

AZƏRBAYCAN YIĞMASI ÜMUMDÜNYA "MAKKABİADA"DA İŞTİRAK EDƏCƏK

Cəmiyyət Materials 9 İyul 2005 11:05 (UTC +04:00)

Azərbaycan yığması iyulun 10-dan 24-nə kimi İsraildə keçiriləcək ümumdünya "Makkabiada"da iştirak edəcək. Trend agentliyinin məlumatına əsasən, komanda yarışda üzgüçülük, stolüstü tennis, cüdo, karate və şaxmat idman növləri üzrə çıxış edəcək.

"Makkabi-Azərbaycan" mədəni-idman birliyinin idman proqramının direktoru və cüdo üzrə eyni adlı klubun rəhbəri Aleksandr Mordvinkin hesab edir ki, komandanın medal qazanmaq şansı var. "Biz İsrailə qələbə qazanmaq üçün gedirik və mükafat əldə etmək üçün mübarizə aparacağıq. Cüdoçularımızın şansı xüsüsilə böyükdür", - deyə, o bildirib.

Azərbaycan yığması təkcə ümumdünya "Makkabiada"da iştirak etməklə kifayətlənməyəcək, belə ki, yarışın gedişində "Azərbaycan günləri" təşkil olunacaq. Bununla əlaqədar Azərbaycanın nümayəndə heyəti özü ilə "Makkabiada" iştirakçılarına Azərbaycanın mədəniyyətindən və tarixindən bəhs edəcək müxtəlif suvenirlər, azərbaycan mahnılarından ibarət kassetlər, vımpel və kitablar götürəcək.

Xəbər lenti

Xəbər lenti