...

BAKIDA KEÇİRLİCƏK BƏDİİ GİMNASTİKA ÜZRƏ DÜNYA ÇEMPİONATININ PÜŞKÜ DUYSBURQDA ATILACAQ

Cəmiyyət Materials 11 İyul 2005 12:56 (UTC +04:00)

Bu həftə Almaniyanın Duysburq şəhərində oktyabrın 3-9-da Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı ilə əlaqədar püşkatma keçiriləcək. Azərbaycanın Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend ə verilən məlumata görə, bu barədə Beynəlxalq təşkilatın (FIG) rəsmi məlumatında bildirilib.

Məlumatda bildirilir ki, püşk planetin XXIII birinciliyində iştirak etmək üçün ərizə verən 48 ölkənin gimnastı üçün atılacaq. Əvvəlcə ölkələrin və idmançıların ardıcıllığı, daha sonra isə qrup təmrinləri üzrə komandalar müəyyən ediləcək. Püşkatma prosesinin özü FIG -in bədii gimnastika üzrə Texniki komitəsi tərəfindən həyata keçiriləcək.

Təşkilat Komitəsinin məlumatına görə, Bakı Dünya çempionatında Çinin nümayəndə heyətinin tərkibində 8 nəfərdən ibarət işçi qrup da gələcək. Bu ölkənin nümayəndələri 2008-ci ildə Pekində keçiriləcək Olimpiya oyunları çərçivəsində bədii gimnastika turnirinə hazırlıq üçün azərbaycanlı həmkarlarından yarışın təşkili təcrübəsi ilə tanış olacaqlar.

Bundan başqa, iyulun 12-15-də İsveçrənin Swiss Timing/ Longines şirkətinin nümayəndəsi Paskal Rosye Bakıya gələcək. O bir sıra işgücar görüşlər keçirəcək və oktyabrda keçiriləcək dünya çempionatına hazırlıq işləri ilə tanış olacaq. Bu şirkət çempionatın keçirələcəyi Heydər Əliyev adına idman-konsert kompleksinin texniki təchizatına (tablo, monitorlar, hakimlər üçün xüsusi hesablama maşınları) və bütün məlumatların işlənməsinə (nəticələr, start vərəqələri, iştirakçıların siyahısı) yardım edəcək.

Xəbər lenti

Xəbər lenti