...

OMBUDSMAN GƏDƏBƏYDƏ YENİ N SAYLI HƏRBİ HİSSƏYƏ BAŞ ÇƏKİB

Cəmiyyət Materials 11 İyul 2005 13:25 (UTC +04:00)

Azərbaycanın ombudsmanı Elmira Süleymanova Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissəyə baş çəkib. Bu barədə Trend agentliyinə ombudsmanın mətbuat xidməti apparatından xəbər veriblər.

Görüş zamanı ombudsmanı rayon İcra hakimiyyəti Başçısı və Müdafiə Nazirliyinin vəzifəli şəxsləri müşayiət ediblər. Hərbi qulluqçularla görüş zamanı E. Süleymanova bildirib ki, Azərbaycanda aparılan ardıcıl dövlət siyasəti nəticəsində müasir tələblərə cavab verən Silahlı Qüvvələr yaradılıb, hərbi quruculuqda vacib nailiyyətlər əldə olunub. Ombudsman onları daim vətənin müdafiəsinə hazır olmağa çağıraraq, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın sülh yolu ilə həll olunacağına inam bəslədiyini qeyd edib.

E. Süleymanova əsgər və zabitlərə qarşıdakı parlament seçkiləri ilə bağlı görülən hazırlıq işləri barədə məlumat verərək, onlara bu seçkilərdə fəal iştirak etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti