...

"NEFTÇİ"NİN MÜDAFİƏÇİSİ RƏŞAD SADIQOV "HAFNARFYERDUR"A QARŞI OYNAMAYACAQ

Cəmiyyət Materials 12 İyul 2005 12:40 (UTC +04:00)

"Neftçi" komandası iyulun 12-də T.Bəhramov adına Respublika stadionunda İslandiyanın "Hafnarfyerdur"a qarşı Çempionlar Liqasının birinci mərhələsinin ev matçı ərəfəsində kadr problemləri ilə qarşılaşıb. Trend in məlumatına görə, komandanın əsas müdafiəəçilərindən olan Rəşad Sadıqov zədələndiyinə görə meydana çıxa bilməyəcək.

Ona görə də hazırda komandanın baş məşqçisi Ağasəlim Mircavadov onu əvəz edəcək oyunçu axtarır. Lakin ümumilikdə mütəxəssis bir sıra əsas fiqurların komandanı tərk etməsinə baxmayaraq, öz yetirmələrinin hazırlıq səviyyəsindən razıdır.Onun sözlərinə görə, liderlərin özlərini necə yaxşı göstərə biləcəklərindən çox şey asılıdır.

Xəbər lenti

Xəbər lenti