...

GƏLƏN İLDƏN ETİBARƏN DİPLOMLAR PULSUZ VERİLƏCƏK

Cəmiyyət Materials 12 İyul 2005 17:18 (UTC +04:00)

Gələn ildən etibarən Azərbaycanda ali təhsil müəssisələrinin və texnikumların diplomları pulsuz veriləcək. Bu barədə Trend agentliyinə Azərbaycan Təhsil naziri iyulun 12-də məlumat verib.

Onun sözlərinə görə, bu vəsaitlər dövlət və ya təhsil müəssisələri tərəfindən ayrılacaq. Xatırladaq ki, hazırda ümumtəhsil məktəbləri istisna olmaqla, ali təhsil müəssisələri və texnikum məzunları diplom alarkən dövlət rüsumu kimi 10 min manat ödəyirlər. Ümumitəhsil müəssisələrinin məzunlarına isə attestatlar pulsuz verilir.

Nazirin məlumatına görə, bu il Azərbaycan Təhsil Nazirliyi ölkənin 6 ali təhsil müəssisəsinin attestasiyadan keçməsini planlaşdırır. Bu proses ali təhsil müəssisələrini və orta ixtisas məktəblərinin attestasiyası və akkreditasiyasına dair Müddəaya əsasən həyata keçiriləcək. İlin sonuna qədər daha 4 orta ixtisa məktəbinin attestasiyadan keçməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti