...

2005 –Cİ İLDƏ ÜMUMTƏHSİL MƏKTĞƏBLƏRİNİN KADRLARLA TƏMİN OLUNMASI PROQRAMININ HƏYATA KEÇİRİLMƏSİNƏ 600 MİN DOLLAR VƏSAİT AYRILIB

Cəmiyyət Materials 13 İyul 2005 13:15 (UTC +04:00)

Bu il "2005-2009-cu illərdə Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri sisteminin pedaqoji kadrlarla təmin olunması inkişafı üzrə proqram"ın reallaşdırılması üçün 600 min dollar vəsait ayrılıb. Azərbaycanın Təhsil Nazirliyindən Trend ə bildiriblər ki, proqramın çərçivəsində yeni tədris ilində 1308 kadr müəyyən iş yerləri ilə təmin olunacaq.

Bu prosesə dövlət sifarişi ilə əmək fəaliyyətinə başlayan şəxslər, eləcə də digər arzu edən pedaqoji kadrlar cəlb edilib. Proqram məktəblərin pedaqoji kadrlarla tam təminatını, "pedaqoq-şagird" münasibətlərinin nizamlanmasını, ixtisaslaşmamış kadrların təkmilləşdirilməsini, 15 min kadr üçün yeni iş yerlərinin açılmasını, yerlərdə gənc kadrlar üçün müvafiq şəraitin yaradılmasını və onların sosial problemlərinin həll olunmasını nəzərdə tutur. Proqramda həmçinin uzaq kənd məktəblərinə göndərilmiş gənc kadrlar üçün həvəsləndirici tədbirlərin keçirlməsi də nəzərdə tutulub.

Nazirlikdən onu da bildiriblər ki, 5 illik proqramın maliyyə cəhətdən təminatı 5,4 milyon dollardır.

Xəbər lenti

Xəbər lenti