...

OMBUDSMAN APPARATININ ƏMƏKDAŞLARI 7 SAYLI CƏZASƏKMƏ MÜƏSSİSƏSİNƏ BAXIŞ KEÇİRİBLƏR

Cəmiyyət Materials 13 İyul 2005 18:27 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili apparatının əməkdaşları 7 saylı cəzaçəkmə müəssisəsinə baş çəkiblər. Ombudsman apparatından Trend agentliyinə verilən məlumata görə, baxış zamanı əməkdaşlar məhbuslarla görüşərək, onların saxlanılma şəraiti ilə tanış olublar.

Məhbuslarla söhbət zamanı onlar saxlanılma şəraitlərindən şikayətlərinin olmadığını və heç bir təzyiqə məruz qalmadıqlarını bildiriblər. Məhbuslar onlar üçün yaradılmış şəraitdən razı qaldıqlarını qeyd ediblər. Baxış zamanı insan hüquqları pozuntusu aşkar olunmayıb.

Ombudsman təcridxana və müvəqqəti saxlanılma yerlərinin rəhbərlərinə müvafiq göstərişlər verib.

Xəbər lenti

Xəbər lenti