...

BOKSÇULARIMIZ YARMIFİNALDADIRLAR

Cəmiyyət Materials 15 İyul 2005 11:10 (UTC +04:00)

İyulun 14-də boks üzrə Azərbaycan yığması boks üzrə dünya kubokunun yarmfinalına çıxmaq uğrunda həlledici matçda Ukrayna komandasını 6:5 hesabı ilə məğlub edib. Boks Federasiyasının prezidenti Ağacan Əbiyevin telefonla Trend agentliyinə verdiyi məlumata görə, bu matçda rəqibindən üstünlüyünə görə Ceyhun Əbiyev (48 kq), xal hesabı üzrə Samir Məmmədov (51 kq), tam üstünlüyə görə Şahin İmranov (57 kq), xal hesabı üzrə Emin Məhərrəmov (64 kq), üstünlüyə görə Ruslan Xairov (69 kq) və xal hesabı üzrə Anar Mirzəyev (81 kq) qələbə qazanıblar.

İyulun 16-da axşam keçiriləcək yarımfinalda boksçularımız yarış sahibləri olan Rusiya idmançıları ilə qarşılaşacaqlar. A. Əbiyevin fikrincə, Azərbaycan yığmasının Rusiya idmançılarını məğlub etmək şansları olduqca azdır.

Digər yarımfinalda kubalılar Qazaxıstan boksçuları ilə qarşılaşacaqlar.

Turnirin reqlamentində üçüncü yer uğrunda mübarizə nəzərdə tutulmayıb. Yarımfinalda gələcək finalçını dəfələrlə məğlub edə biləcək komanda bürünc medala layiq görüləcək. Məsələn, Qazaxıstan Kubaya 2:9 hesabı ilə məğlub olsa, Azərbaycan isə Rusiyaya 8:3 hesabı ilə qalib gəlsə, yarımfinalda 3:8 hesabı ilə məğlub olmuş komanda bürünc medal mükafatçısı elan ediləcək.

Xəbər lenti

Xəbər lenti