...

"ƏMƏKDAR JURNALİST" FƏXRİ ADI BƏRPA OLUNDU

Cəmiyyət Materials 15 İyul 2005 12:10 (UTC +04:00)

İyulun 15-də prezident İlham Əliyev "Əməkdar jurnalist" fəxri adının yenidən bərpa olunmasına dair sərəncam verib. Bu barədə Trend ə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

O bildirib ki, dövlət başçısının bu sərəncamı Milli mətbuatın 130 illik yubileyi ilə əlaqədar verilib. Ə.Amaşovun sözlərinə görə, iyulun 22-də - mətbuat günündə bir sıra jurnalistlərə, mətbuat nümayəndələrinə "əməkdar jurnalist" adı veriləcək. Bu ada layiq görüləcək jurnalistlərin kimliyi barədə isə hələ ki açıqlama verilmir.

Xəbər lenti

Xəbər lenti