...

FUTBOL ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATININ ƏN YAXŞI HAKİMLƏRİ TOFİQ BƏHRAMOV ADINA MÜKAFATA LAYİQ GÖRÜLƏCƏKLƏR

Cəmiyyət Materials 16 İyul 2005 12:30 (UTC +04:00)

AFFA mövsümün nəticələrinə görə ən yaxşı hakimlərə təqdim ediləcək Tofiq Bəhramov adına xüsusi mükafat təsis edib. Trend agentliyinin məlumatına görə, nominasiyanın qalibinə 30 mln, ikinci qalibə 20 mln, üçüncü qalibə isə 10 mln manat məbləğində pul mükafatı veriləcək.

Assosiasiya bu addımı qarşıdakı çempionatda özlərinin
peşəkarlıqlarını nümayiş etdirməli olan hakimlərin iş səviyyəsini artırmaq məqsədilə atıb.

Son zamanlara qədər ən yaxşı hakimlərin Eldar Əzimzadə adına mükafata layiq görüldükləri də təqdirəlayiqdir. Lakin keçən mövsümün nəticələrinə görə AFFA ən yaxşı hakimi müəyyən edə bilmədiyindən, həmin mükafat sahibsiz qalıb.

Xəbər lenti

Xəbər lenti