...

BOKSÇULARIMIZ RUSLARA MƏĞLUB OLUBLAR

Cəmiyyət Materials 18 İyul 2005 10:43 (UTC +04:00)

Trend in məlumatına görə iyulun 16-da boks üzrə dünya Kubokunun yarımfinalında Azərbaycan yığması 0:11 hesabı ilə Rusiya komandasına məğlub olub.

Digər yarıfmfinalda kubalılar qazaxıstanlı boksçulara çox çətiniliklə də olsa 6:5 hesabı ilə qalib gəliblər.

Matçın taleyi ağır çəkili boksçuların qarşıdurmasında həll olunub. Bu qarşıdurmada Olimpiya çempionu Odlanyer Solis Fonte iki raunddan sonra xal hesabı ilə məğlub olsa da, sonda görüşün gedişini dəyişərək, 27:20 hesabı ilə qalib gələ bilib.

İyulun 17-də final qarşıdurmasında rusiyalılar kubalıları 7:4 hesabı ilə məğlub edərək, dünya kubokunun sahibi olublar. Beş döyüşdən sonra 1:4 hesabı ilə məğlub olan rusiyalı boksçular son 6 qarşıdurmada qalib gələrək, ümumi komanda qələbəsini qazanıblar.

Xəbər lenti

Xəbər lenti