...

MİLLİ MƏTBUAT GÜNÜNDƏ "HƏSƏN BƏY ZƏRDABİ" MÜKAFATININ TƏQDİMETMƏ MƏRASİMİ KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 19 İyul 2005 12:12 (UTC +04:00)

İyulun 22-də "Azərbaycan" mehmanxanasında milli mətbuatımızın banisi "Həsən bəy Zərdabi" adına mükafatın təqdimetmə mərasimi keçiriləcək. Bu barədə Trend ə mükafatın təsisçisi Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri Hacı Hacıyev bildirib. Onun sözlərinə görə, media nümayəndələri 9 nominasiya üzrə mükafatlandırılacaqlar.

"Bu il Milli Mətbuatımızın yaradılmasının 130 illiyi ölkədə geniş qeyd olunacaq. Bu münasibətlə iyulun 21-də "Gülüstan" sarayında böyük bayram tədbiri keçiriləcək. Orada jurnalistlərə müxtəlif mükafat və hədiyyələrin təqdim olunacağı gözlənilir. Bununla belə "Həsən bəy Zərdabi" adına mükafata sahib çıxmaq istəyən media təmsilçilərinin sayı heç də az deyil. Ayrı-ayrı jurnalitstlər tərəfindən son günlərədək AYB-ə məqalələr daxil olmaqda idi. Yaxın günlərdə AJB Katibliyi tərəfindən qaliblər müəyyən olunacaqlar. Təbii ki, ayrı-ayrı nominasiyalar üzrə qaliblərin adları yalnız təqdimetmə mərasimində elan ediləcək",- deyə, Hacı Hacıyev bildirib.

Xəbər lenti

Xəbər lenti