...

AZƏRBAYCAN VƏ RUMINİYANIN OMBUDSMANLARI İNSAN HÜQUQLARI SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRİRLƏR

Cəmiyyət Materials 19 İyul 2005 18:36 (UTC +04:00)

Azərbaycan və Rumıniyanın ombudsmanları insan hüquqları sahəsində əməkdaşlığı genişləndirəcək, beynəlxcalq təşkilatlar çərçivəsində təcrübə mübadiləsi aparacaqlar. Belə bir qərar Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın Rumıniyaya səfəri çərçivəsində qəbul edilib. Bu barədə Trend ə Ombudsman Aparatından məlumat veriblər.

Səfər Rumıniyanın xalq müdafiəçisi- ombudsmanı İohan Murarunun dəvəti üzrə həyata keçirilib. Səfərin gedişində tərəflər əməkdaşlığın perspektivlərini, Rumıniyanın Azərbaycanın Avropa strukturlarına inteqrasiyasında rolu, həbs cəzası sistemində hüquq-mühafizə orqanları ilə işləməklə bağlı təcrübə mübadiləsi məsələlərini müzakirə ediblər.

Səfər çərçivəsində Azərbğaycanın ombudsmanı Rumıniyanın həbs cəzası sisteminin işi ilə tanış olub, ölkənin Konstitusiya Məhkəməsinin hakimləri ilə görüşüb.

Səfər zamanı E.Süleymanova Rumıniyadakı Azərbaycan diasporunun nümayəndələri və Azərbaycan-Rumıniya dostluq qrupunun rəhbərliyi ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti