...

ZAUR TAĞIZADƏ: " "HAFNARFORDUR"A QARŞI MATÇDA "NEFTÇİ" VƏZİYYƏTƏ NƏZARƏT EDİR"

Cəmiyyət Materials 20 İyul 2005 14:54 (UTC +04:00)

"Çempionlar liqasının birinci dairəsində keçirilən "Hafnarfordur"a cavab matçları ərəfəsində "Neftçi" vəziyyətə nəzarət edir". Bu barədə Trend ə bakılı yarımmüdafiəçi Zaur Tağızadə iyulun 20-də İslandiyada keçiriləcək görüşün ərəfəsində bildirib.

Futbolçu qeyd edib ki, "Neftçi" rəqibinə Bakıda iki cavabsız qolla məğlub etməklə hələ işin yarısını həyata keçirib və hələlik ada sakinləri üzərində hissolunacaq üstünlüyə malik deyil. O, Azərbaycanın çempion olmaq şansını altmışın qırxa nisbətində qiymətləndirib.

Z.Tağızadənin sözlərniə görə, "Neftçi" öz qapısının müdafiəsinə daha çox diqqət yetirəcək və vətəndə əldə etdiyi qolların sayını artırmaq üçün əkshücumda oynamağa cəhd edəcək. Zaurun fikrincə, səfərin komanda üçün optimal yekunu heç-heçədir.

Xəbər lenti

Xəbər lenti