...

TEXNİKİ PEŞƏ MƏKTƏBLƏRİNİN DÖVLƏT İNKİŞAF PROQRAMI LAYİHƏSİ HÖKUMƏTİN MÜZAKİRƏSİNƏ ÇIXARILIB

Cəmiyyət Materials 21 İyul 2005 12:48 (UTC +04:00)

Azərbaycanın Təhsil Nazirliyi texniki peşə məktəblərinin dövlət inkişaf proqramı layihəsini hökumətin müzakirəsinə verib. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyinin texniki peşə məktəbləri ilə iş üzrə idarəsindən bildiriblər.

2005-2010-cu illəri əhatə edən proqramda dövlətin bu təhsil müəssisələrinə yardım etməsi nəzərdə tutulur. Sənəddə həmçinin dərs proqramlarının təkmilləşdirilməsi, məktəblərin maddi-texniki bazalarının inkişafına ayrılmış vəsaitlərin həcminin artırılması əks olunub.

Sənədin layihəsi artıq müvafiq nazirlik və idarələr tərəfindən bəyənilib

Xəbər lenti

Xəbər lenti