...

İŞÇİ QRUPUN NÖVBƏTİ GÖRÜŞÜNDƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİ DÖVLƏT BAŞÇISININ 54 MƏHBUSLA BAĞLI AMNİSTİYA VERMƏSİNİ TƏKLİF EDƏCƏKLƏR

Cəmiyyət Materials 21 İyul 2005 15:32 (UTC +04:00)

İyulun 22-də saat 12-00-da Milli Məclisdə keçiriləcək hüquq müdafiəçiləri və Azərbaycan rəsmilərindən ibarət "siyasi məhbuslar"a dair İşçi qrupun üçüncü görüşündə dövlət başçısı tərəfindən 54 məhbusa amnistiya verilməsi təklif olunacaqdır. Bu haqda İşçi qrupun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı Trend ə müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, Hüquq Müdafiəçiləri Monitorinq Mərkəzi tərəfindən hazırlanmış həmin siyaşhıda keçmiş "OMON"çular, 1994-cü il Gəncə hadisələri, eləcə də, 2003-cü il oktyabrın 15-16-da paytaxtda baş vermiş iğtişaşlarla bağlı həbs olunmuş şəxslər, həmçinin, axtarışda olan soydaşlarımız da vardır.

Səidə Qocamanlı, daha sonra, hüquq müdafiəçilərinin dövlət başçısının imzalayacağı amnistiya aktının təkcə adları siyahıda olan 54 nəfəri deyil, daha artıq sayda məhbusların əhatə etməsinə tərəfdar olduqlarını vurğulamışdır.

Xatırladaq ki, İşçi qrupun bundan əvvəlki islası , eyni məkanda, iyulun 8-də keçirilmişdir.

İclasda hüquq müdafiəçilərindən Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənəniyarlı, Eldar Zeynalov, Rəna və Murad Sadəddinovlar, Sahib Məmmədov və Zəlihə Tahirova iştirak etmişdir.

Görüşdə Azərbaycan hakimiyyətini isə prezidentin İcra Aparatının əməkdaşları- Hüquq-mühafiəzə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Əfv sektorunun müdiri Kəmalə Hüseynova, İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun böyük məsləhətçisi Otari Qvaladze, XİN-in idarə rəisi Tahir Tağızadə, eləcə də AŞ PA-dakı Azərbaycan parlament nümayəndə heyətinin üzvləri- Səməd Seyidov, Gültəkin Hacıyeva, Əli Hüseynov, həmçinin, Respublika prokurorluğu, Daxili İşlər və Ədliyyə nazirliklərinin nümayəndələri iştirak etmişlər.

Xəbər lenti

Xəbər lenti