...

İSPANİYADAKI ŞAHMAT TURNİRİNİN BAŞA ÇATMASINA İKİ TUR QALIR

Cəmiyyət Materials 25 İyul 2005 15:31 (UTC +04:00)

İspaniyada kkçirilən nüfuzlu şahmat turnirinin başa çatmasına iki tur qalmış şahmatçımız Nicat Məmmdəov aktivində 7 mümkün xaldan 5,5-nə malikdir və o, 3-6-cı yerləri bölüşür. Beləliklə, şahmatçımız üçüncü, yekun qrossmeyster normalarına malik olmaq üçün yaxşı şansa malikdir.

Azərbaycanın Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun Trend ə verdiyi məlumata görə, N.Məmmədov liderlərdən cəmi yarım xal geridə qalır.

Əgər liderlərin görüşü heç-heçə başa çatsa, idmançımız daha bir uğurlu oyun həyata keçirə bilsə sonuncu turdan əvvəl o, birinci yerə çıxa bilər.

Xəbər lenti

Xəbər lenti