...

AZƏRBAYCAN QADINLAR ARASINDA BOKS ÜZRƏ DÜNYA ÇEMPİONATINDA TƏMSİL OLUNMAYACAQ

Cəmiyyət Materials 26 İyul 2005 12:34 (UTC +04:00)

Həvəskar boks üzrə Beynəlxalq Assosiasiyanın (AIBA) prezidenti Ənvər Çoudri özünün azərbaycanlı həmkarı Ağacan Əbiyevə respublikada qadın boksunu inkişaf etdirilməsinə başlamağı tövsiyyə edib.

A.Əbiyevin özünün Trend ə verdiyi məlumata görə, bu gün ölkədə beynəlxalq arenada yüksək səviyyədə iştirak etməyə qadir olan bir dənə də idamançı qadın yoxdur. Bununla əlaqədar, Azərbaycan Sankt-Peterburqda sentyabr ayında keçiriləcək və qalibə 2,5 min dollar mükafat veriləcəyi dünya çempionatında iştirak etməyəcək.

Eyni zamanda, A.Əbiyev qeyd edib ki, 2012-ci ildə İngiltərədə keçiriləcək və idmanın bu növünün çox populyüar olduğu Olimpiya oyunlarının proqramına qadın boksunun daxil edəcəyinin mümkünlüyü nəzərdən keçirilir. İngiltərədə Olimpiadasında bu oyunlar səciyyəvi xarakter daşıya bilər. Axı idmanın bu növünün vətənində 19-cü əsr qravüralarından məlum olduğu kimi, centlemenlərlə yanaşı ledilər də əllərinə əlcək geyinərək rinqə çıxırlar.

Xəbər lenti

Xəbər lenti