...

YENİ DƏRS İLİNƏ KİMİ AZƏRBAYCANDA 150 YENİ MƏKTƏB TİKİLƏCƏK

Cəmiyyət Materials 27 İyul 2005 12:58 (UTC +04:00)

Yeni dərs ilinin başlanmasına qədər Azərbaycanda təxminən 150 yeni məktəb tikiləcək. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyində bildirilib.

Məktəblərin bir hissəsi Azərbaycanda "Yeni və fəaliyyət göstərən ümumtəhsil məktəblərinin tikintisi və bərpası haqqında" dövlət proqramı çərçivəsində tikiləcək. Bu proqram çərçivəsində artıq 25 yeni məktəb və 37 məktəbdə 342 əlavə sinif otaqları tikilir.

Bundan başqa, yeni dərs ilinin başlanmasına qədər Heydər Əliyev Fondu tərəfindən ucqar rayonlarda və kəndlərdə 132 yeni məktəb tikiləcək.

Bütövlükdə, "Yeni və fəaliyyət göstərən ümumtəhsil məktəblərinin tikintisi və bərpası haqqında" beşillik proqramda 149 yeni məktəbin və 175 məktəbdə 1328 sinif otağının tikintisi nəzərdə tutulur. Son 3 il ərzində Azərbaycanda dövlət və bir sıra beynəlxalq təşkilatların hesabına 151 məktəb tikilib.

Xəbər lenti

Xəbər lenti