...

ÜLVİ BACARANİ VƏ FƏRİDƏ MƏMMƏDBƏYOVA MÜKAFAT ALMAQDA ŞANSLIDIRLAR

Cəmiyyət Materials 28 İyul 2005 10:58 (UTC +04:00)

Fransanın Belfor şəhərində keçirilən şahmat üzrə dünya çempionatının sonuncu turundan qabaq şahmatçılarımız arasında yalnız Ülvi Bacarani (G10) və Fəridə Məmmədbəyovanın (Q12) mükafat almaq şansları var.

Trend in məlumatına görə, 10-cu turda qələbə qazanan Ülvi 7.5 xal toplayaraq dördüncü yerdə qərarlaşıb. O, hindistanlı Qrover və rusiyalı Bukavşindən bir, çinli Fudan isə yarım xal geri qalır.

10-cu turda beloruslu Lanita Stetskoya qalib gələn digər şahmatçımız Fəridə Məmmədbəyova isə 7.0 xal toplayaraq 5-12-ci yerləri bölüşdürür. O, 2-4-cü yerlərdə qərarlaşan şahmatçılardan yarım xal geri qalır.

Xəbər lenti

Xəbər lenti