...

DB AZƏRBAYCAN SƏHİYYƏ SİSTEMİNDƏ İSLAHATLAR ÜÇÜN $50 MLN. HƏCMİNDƏ KREDİT TƏKLİF EDİR

Cəmiyyət Materials 28 İyul 2005 17:19 (UTC +04:00)

Dünya bankı (DB) səhiyyə sistemində islahatlar üçün Azərbaycan hökumətinə $50 mln. həcmində kredit təklif edir. Azərbaycan səhiyyə nazirliyində Trend agentliyinə bildirilib ki, AR səhiyyə naziri Əli İnsanovla bankın Azərbaycanda olan missiyasının başçısı Enis Barişin görüşündə bu barədə söhbət olub.

Nazir Azərbaycan tərəfinin bu kredit çərçivəsində ölkənin 5 regionunda sağlamlıq mərkəzlərinin tikintisi barədə istəyini bildirib. Bu mərkəzlərdə stasionar xidmət, poliklinika və təcili yardım xidməti fəaliyyəti nəzərdə tutulur.

Mərkəzlər müasir avadanlıqla təmin ediləcək və bu regionların əhalisinə cərrahiyə və terapevtik xidmətlər göstəriləcək.Layihənin gerçəkləşdirilməsi 2006-cı ilə planlaşdırılır.Tərəflər layihə üzrə məsləhətləşmələri davam etdirmək barədə razılığa gəlib.

Xatırladırıq ki, DB Azərbaycan tərəfinə 50 il müddətinə faizsiz kredit təklif edir.Kreditin ilk ödənişi 10 ildən sonra başlayacaq.

Xəbər lenti

Xəbər lenti