...

ALİ MƏKTƏBLƏRDƏ QƏBUL İMTAHANLARININ NƏTİCƏLƏRİ AVQUSTUN 2-DƏN SONRA ELAN OLUNACAQ

Cəmiyyət Materials 29 İyul 2005 14:38 (UTC +04:00)

Azərbaycanın ali məktəblərində II və II qruplar üzrə qəbul imtahanlarının nəticələri avqustun 2-dən sonra elan olunacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend ə verilən məlumata görə, ölkənin ali məktəblərindəki 10 min yer uğrunda 30 234 abituriyent mübarizə aparır.

Onlardan 8374-ü oğlan, 11860 nəfəri qızdır. İmtahanların keçirilməsi üçün Bakıda 53, Naxçıvanda 3 bina ayrılıb. İmtahanda rəhbər kimi 196 nəfər, nəzarətçi-pedaqoq kimi Bakı və Sumqayıt şəhərlərindəki orta məktəblərin 2331 müəllimi iştirak edib. TQDK-dan verilən məlumata görə, abuturiyentlərin əksəriyyəti Azərobaycan Dövlət İqtisad Universitetinin 23 fakultəsi üzrə ərizə verib. İmtahanların gedişində 160 abituriyentdən müxtəlif şparqalkalar, mobil telefonlar, kompyuterləp və digər yardımçı əşyalar aşkar edilib. Nəticədə həmin abituriyentlər imtahan zalından çıxarılıb. Komissiyadan verilən məlumatda bildirilir ki, qəbul imtahanlarının TQDK tərəfindən hazırlanmış keçirilməsi texnologiyası imtahan zalında və bütünlükdə binada yaranmış bütün problemləri həll etməyə imkan verir. İmtahanın gedişini müşahidə etmək və fövqəladə hadisələrin operativ həlli üçün TQDK-da qərargah yaradılıb.

Xəbər lenti

Xəbər lenti