...

FRANSANIN SƏFİRLİYİ QƏBƏLƏ RAYONUNUN FRANSIZ DİLİ MÜƏLLİMLƏRİ ÜÇÜN SEMİNAR KEÇİRİR

Cəmiyyət Materials 29 İyul 2005 15:04 (UTC +04:00)

Fransanın Azərbaycandakı səfirliyi, fransız dili müəllimləri Assosiasiyası və AR təhsil nazirliyi Qəbələ rayonunun fransız dili müəllimləri üçün seminar keçirir.Fransa səfirliyində Trend agentliyinə bildirilib ki, seminar "Fransız şəhərciyi" adı ilə keçirilir.

50 Fransız dili müəllimi sivilizasiya və metodologiya dərsləri keçir, fransız mətbəxi və musiqisi ilə tanış olurlar.İştirakçılardan hər biri fransız dilində filmlərə baxmaq, müasir musiqi dinləmək və peyklər vasitəsilə yayımlanan fransız kanallarını seyr etmək imkanı əldə edir.

Xəbər lenti

Xəbər lenti