...

İMAM XOMEYNİ ADINA "İMDAD" KOMİTƏSİNİN SƏDRİ "İMDAD" AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

Cəmiyyət Materials 29 İyul 2005 18:11 (UTC +04:00)

İranın imam Xomeyni adına "İmdad" Komitəsinin sədri N.Həyyari ilin sonuna kimi Azərbaycana səfər edəcək. Bu barədə Trend ə İran mənbələrindən məlum olub.

Səfərin gedişində komitənin Azərbaycanda qaçqınlar və məcburi köçkünlərə göstərdiyi yardımın həcminin və səviyyəsinin artırılması imkanları müzakirə ediləcək. Xatırladaq ki, bu məsələ Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri gedişində komitənin sədri Həyyari ilə görüşündə də əsas müzakirə mövzusu olmuşdu.

Xatırladaq ki, hazırda "İmdad" komitəsi 30 mindən artıq azərbaycanlıya himayədarlıq edir, 150 nəfər xəstə komitənin vəsaiti hesabına İranın xəstəxana və klinikalarında müalicə olunur.

Xəbər lenti

Xəbər lenti