...

TEYMUR RƏCƏBOV: TURNİRLƏRDƏ SƏMƏRƏLİLİK RƏQİBLƏRİN GÜCÜNDƏN ASILIDIR

Cəmiyyət Materials 30 İyul 2005 13:38 (UTC +04:00)

"Turnirlərdə səmərəli oyun rəqiblərin gücündən çox asılıdır". Bu barədə Höteburqda Avropa çempionatının başlanması ərəfəsində yığmamızın lideri Teymur Rəcəbov Trend agentliyinə bəyan edib.

Qrossmeyster qeyd edib ki, Polşada keçirilən şəxsi çempionatdan sonra o iyirmi xal artırıb və indi onun cari reytinqi 2702 bal təşkil edir.Onun fikrincə, bu nəticə dünya şahmat standartları statusuna müvafiqdir, eyni zamanda o, Varşavada gümüş mükafat qazanıb. T.Rəcəbov qeyd edib ki, həmin uğuru öz-özlüyündə yaxşıdır, amma o, yeni qələbələrə can atacaq.Belə ki, əldə olunmuş nailiyyətlərlə kifayətlənmək niyyətində deyil.

Hazırkı mövsümdə T.Rəcəbov İspaniyada Dos-Ermanosda parlaq mərhələdə nüfuzlu turnirdə qalib gəlib.

Xəbər lenti

Xəbər lenti