...

ICESCO AZƏRBAYCANDA TƏHSİLİN İNKİŞAFI SAHƏSİNDƏ 5 PROQRAM GERÇƏŞLƏŞDİRƏCƏK

Cəmiyyət Materials 30 İyul 2005 14:09 (UTC +04:00)

İslam ölkələrinin təhsil, elm və mədəniyyət təşkilatı (ICESCO) Azərbaycanda təhsil sisteminin inkişafı üzrə 5 yeni proqram gerçəkləşdirəcək.AR təhsil nazirliyində Trend agentliyinə bildirilib ki, təşkilatın Azərbaycanla əməkdaşlığı bu proqramlarda əhatə olunacaq.

Bunların arasında məktəblər və ali məktəblər üçün tədris planlarının təkmilləşdirilməsi, texniki yardım göstərilməsi, ərəb dilinin tədris olunduğu ümumtəhsil məktəbləri və ali məktəblərin bazasının inkişafı və möhkəmləndirilməsi və d.məsələlər vardır.

Texniki yardım çərçivəsində ICESCO məsləhətləşmələr təşkil edəcək, beynəlxalq simpoziumlar və konfranslar keçirəcək.İlk belə bir tədbir - "Təhsil vasitəsilə inkişaf" mövzusunda beynəlxalq simpozium artıq ilin birinci yarısında Bakıda keçirilib.

Azərbaycan 1991-ci ildən bu beynəlxalq qurumun üzvüdür, İcra Şurasında isə 1993-cü ildən təmsil olunub.

Xəbər lenti

Xəbər lenti