...

ŞAHMATÇILARIMIZ ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİONATINA UĞURLA START VERİBLƏR

Cəmiyyət Materials 1 Avqust 2005 11:20 (UTC +04:00)

İsveçin Geteboq şəhərində keçirilən şahmat üzrə Avropa çempionatının artıq iki turu arxada qalıb. Birinci turda şahmatçılarımız İslandiya komandası ilə görüşüblər. Teymur Rəcəbov islandlar arasında yeganə qrossmeyster Xannes Stefanssonla heç-heçə oynayıb. Digər şahmatçılarımızdan Şəhriyar Məmmədyarov S.Kristinasson, Vuqar Həşimov B.Torfinsson və Qədir Hüseynov A.Qunnarson üzərində qələbə qazanıblar.

İkinci turda komandanın rəqibi planetin ən güclü komandalarından biri olan Rusiya yığması olub. T.Rəcəbov və Pyotr Svidlerin görüşü çox gərgin keçib və oyun heç-heçə ilə başa çatıb. Digər partiyalarda Ş.Məmmədyarov-A.Dreyev, B.Həşimov-E.Bareyev və Q.Hüseynov-A.Timofeyev qarşılaşmaları da heç-heçə ilə nəticələnib. İkinci mərhələdə Ukrayna yığmasına qalib gələn holland şahmatçıları özünəməxsus sürpriz ediblər. Bu, onların çempionatda ikinci qələbəsi idi. İsrail, Almaniya və Fransa yığmalarının da aktivinə iki qələbə yazılıb. Xatırladaq ki, bu turnirdə komanda qələbəyə görə 2 xal, heç-heçə ilə başa çatan oyuna görə - 1 xal və məğlubiyyətə görə - 0 xal qazanır.

İki turdan sonra aktivlərində 3.0 xal olan şahmatçılarımız bu gün yunanıstanlı şahmatçılarla görüşəcəklər.

Xəbər lenti

Xəbər lenti